Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiya polisi 28 yaşlı azərbaycanlı qızı axtarır

Başqırdıstan hüquq-mühafizə orqanı əməkdaşları qohumunun üstünə turşu tökməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı, 28 yaşlı Laura Babayevanı axtarırlar.

L.Babayeva öz qohumunun həyatına qəsd etməkdə ittiham edilir.

İstintaqın versiyasına görə, iyulun 2-də səhər o, qisas almaq məqsədi ilə mənzildən çıxan 26 yaşlı qohumunun üstünə turşu töküb. Zərərçəkən xəstəxanada ağır vəziyyətdədir, onun bədən səthinin 68 faizi yanıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs gizlənib. Hazırda cinayət hadisəsinin törədilmə səbəbləri, eləcə də şübhəlinin tapılması istiqamətində istintaq, axtarış-əməliyyat tədbirləri həyata keçirilir. (oxu.az)

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Ağ Ev: “Obama NATO-nun möhkəmləndirilməsini Putinlə müzakirə etməyib”

%d bloqqer bunu bəyənir: