Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiya ordusu Azərbaycanla sərhəddə – Türkiyənin məhv etdiyi “Su 24″lər Xəzər üzərinə qaldırıldı

Rusiya Xəzərdə 20 gəmi və aviasiyanın iştirakı ilə müdafiə təlimi keçirib. ANS PRESS-in məlumatına görə, təlimlərdə “Tatarıstan” və “Dağıstan” raket gəmiləri, “Mahaçkala”, “Astraxan” və digər kiçik raket və artilleriya gəmiləri, həmçinin iki “Su-24”, “Su-25” təyyarələri iştirak edib.

Təlimlərin keçirilməsi barədə cənub hərbi dairəsinin mətbuat xidməti xəbər yayıb.

Hərbi dəniz təlimləri zamanı şərti düşmən aviasiyasına zərbələr endirilib. Gəmilərin Hava Hücumundan Müdafiə sistemlərinin İdarə mərkəzindən siqnal əsasında şərti hədəfləri tapıblar. Daha sonra həmin hədəflər artilleriya zərbələri vasitəsilə məhv ediliblər. Həmçinin qırıcı təyyarələr yerə çox yaxın məsafədən uçuşlar həyata keçiriblər.

Bundan başqa, təlimlərin gedişatında hərbi qulluqçular idarəetmənin təşkili məsələlərinin yerinə yetirilməsini həyata keçiriblər.

Rusiya Xəzər dənizində təlimlərə iyunun 1-dən hazırlaşırdı.

Rusiya sonuncu dəfə Xəzər dənizində mart ayında təlimlər keçirib. Təlimlərdə təxminən 30 hərbi gəmi, kater və Rusiya Xəzər donanmasının gəmiləri təyinat üzrə vəzifələri yerinə yetiriblər

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

ABŞ Ukraynaya 220 milyon dollar yardım edəcək

%d bloqqer bunu bəyənir: