Loading...
Loading...
dc298de1-2c2f-4b21-b016-358737d3156d_w987_r1_s

Rusiya nümayəndələri Trampın kampaniya üzvləri ilə görüşdüyünü iddia edir

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov hökumət rəsmilərinin seçkilərdən öncə Trampın kampaniya üzvləri ilə görüşdüyünü bildirib.

“Onun ətrafında olan insanların hamısı bizə yaxşı tanışdır. Bu insanlar ABŞ-da hər zaman göz qabağında olan və yüksək vəzifələrdə çalışan insanlardır. Lakin onların heç də hamısının Rusiya ilə əlaqəsi olduğunu demək olmaz”- deyə Ryabkov İnterfaks xəbər agentliyinə bildirib.

Trampın kampaniya sözçüsü Houp Hiks bu iddiları rədd edib. Tramp da kampaniyalrı zamanı Rusiya hökuməti ilə heç bir əlaqəsi olmadığını bildirib.

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova Rusiya səfirliyi işçilərinin Tramp kampaniyası ilə görüşünü normal praktika adlandırıb.

O, prezidentliyə demokrat namizəd Hillari Klintonun görüş təklifini qəbul etmədiyini deyib.

Tramp və Rusiya prezidenti seçki kampaniyaları zamanı ikitərəfli münasibətlərin niormallaşmasına maraq göstərdiklərini ifadə edib.

Putin Rusiya parlamentində qələbəsi alqışlarla qarşılanan Trampı təbrik edib.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Səudiyyə Ərəbistanlı imamdan elm dünyasını şoka salacaq 7 iddia

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: