Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
np

Rusiya Monteneqrodan üzr istəyib

Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev Belqrada gedərək Monteneqroda dövlət çevrilişi cəhdinə, həmçinin Serbiya və Monteneqronun baş nazirlərini qətlə yetirmək cəhdlərinə görə üzr istəyib. Bu barədə The Guardian məlumat yayıb. Qəsddə “rus millətçilərinin” iştirakı ehtimal edilir.

Serbiya hökumətinə yaxın mənbənin verdiyi məlumata görə, əvvəl FTX-nin rəhbəri olmuş Patruşev “Kremlin sanksiyası” olmayan qeyri-leqal əməliyyata görə, üzrxaxlıq edib. Səfər oktyabrın 26-da baş tutub.

Qəzetin yazdığına görə, qiyamçılar polis formasında Monteneqronun Podqoritsadakı parlament binasını tutmalı, baş nazir Milo Cukanoviçi öldürməli idi. Qiyamın nəticəsində Rusiyapərəst partiyanın hakmiyyətə gəlməsi planlaşdırılıb.

Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətindən isə Patruşevin heç kimin qarşısında üzr istəmədiyi deyilib.

azadlıq.info

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

2 milyon adam Seçici Kollegiyasını Clintona səs verməyə çağırır

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: