Loading...
Loading...

Rusiya möhtəşəm tankını satışa çıxarır – Foto

Rusiya T-14 “Armata” tanklarının kütləvi çatdırılmasına istənilən vaxt başlaya bilər. Bunun üçün yalnız sifarişçinin arzusu kifayətdir.

Publika.az xəbər verir ki, bu barədə Ural Vaqon Zavodunun direktorunun müavini Aleksey Jariç bildirib.

Onun sözlərinə görə, hazırda 20 ədəd T-14 “Armata” tankının sınaqları həyata keçirilir. Bu, hərbi texnikanın silahlanmaya qəbulu və seriya ixracına başlanmadan əvvəlki son mərhələdir.

2015-ci ilin oktyabrında bildirilirdi ki, “Armata”nın dövlət sınaqları 2016-cı ildə keçiriləcək. Rusiya ordusunun (1-ci qvardiya tank ordusu və 20-ci qvardiya ümumqoşun ordusu) sözügedən zirehli texnika ilə silahlanmasına isə 2016-2017-cı illərdə başlanması nəzərdə tutulub. “Armata” ilk dəfə 2015-ci ilin aprelində Qələbə Paradının məşqi zamanı geniş tamaşaçı kütləsinə təqdim edilib.

Qeyd edək ki, Rusiya ekspertləri “Armata”nı III Dünya Müharibəsinin tankı hesab edirlər. Hətta Qərb ekspertləri də Rusiyanın yeni hərbi nailiyyətini etiraf edirlər. Zirehli texnika üzrə Ukrayna eksperti Andrey Tarasenko hesab edir ki, zahiri görünüş T-14 yaradıcılarının başlıca diqqəti onun ön zirehinə yönəltdiklərini göstərir. Bu isə o deməkdir ki, bu hərbi maşın kütləvi tank döyüşləri üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, Suriya və İraqdakı kimi müasir münaqişələr göstərir ki, tanklar adətən yan tərəfdən hücuma məruz qalırlar. “Bu tank tammiqyaslı münaqişələr, deyək ki, üçüncü dünya müharibəsi üçün nəzərdə tutulub”, – ekspert qeyd edib.

Andrey Tarasenko bildirir ki, bu tankın gözə görünən bəzi qüsurlarına baxmayaraq, T-14 Rusiyanın ABŞ və Almaniya kimi aparıcı tank istehsalçıları ilə ayaqlaşa bildiyini ciddi şəkildə nümayiş etdirir. Onun fikrincə, Qərb yaxın illərdə “Armata”ya cavab olacaq texnika növlərini hazır edəcək.

Britaniya hərbi eksperti Paul Beaver deyir ki, ABŞ və Birləşmiş Krallıq Rusiyada yeni texnikanın yaradılmasına əsasən artıq mövcud texnikalarının modernizasiyası ilə cavab verir. “Qərbdə indi yeni tank yaratmaq planları yoxdur”, – o, vurğulayıb.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Yaponiyada daha bir güclü zəlzələ

Loading...
%d bloqqer bunu bəyənir: