Advertisements
24 saat

Rusiya Krıma ordu yeridir


Krım yarımadasına özü-özünü təmin edən ordu qüvvələri yerləşdirilib.
Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu açıqlayıb.

“NATO-nun Şərqi Avropada mövqeyinin güclənməsi, Ukraynadakı qeyri-sabit vəziyyət ölkəmizin şərq sərhədlərinin strateji önəmini bir daha artırır. Bu səbəbdən biz təcili tədbirlər görmək məcburiyyətində qaldıq. 2013-cü ildən bəri Cənub Federal Dairəsində 4 diviziya, 9 briqada və 22 alay yerləşdirilib. Hərbçilərin sayı iki dəfə artırıldı. Sözügedən bölgə 4 mindən çox modern silahlarla təmin edilib”, – Şoyqu bildirib.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Krım yarımadası Cənub Federal Dairəsinə birləşdirilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: