Rusiya iqtisadiyyatı böyük itkilər verir

Qərbin Kremlin siyasətinə qarşı tətbiq etdiyi sanksiyalar effekt vermədi. Ancaq Rusiya iqtisadiyyatına kudrinciddi təsir edib. Bunu Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin deyib.

“Sanksiyalara görə Rusiya ciddi itkilərə məruz qalır. Iqtisadiyyata, artıma və həyat səviyyəsinə təsir edir”, – deyə Kudrin qeyd edib.

Kudrinin hesablamalarına görə, vətəndaşların və iqtisadiyyatın illik itkisi 680-800 mlrd rubl təşkil edir. Bu da 2016-cı il büdcəsinin gəlir hissəsinin 6%-dən çoxunu təşkil edir.

Keçmiş nazir sanksiyaların siyasi alət kimi təsir etmədiyini də qeyd edib.

azadlıq.info

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Türkiyə ordusu bir gündə 5 əsgərini itirdi

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: