Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiya informasiya maşını, Gülən, Azərbaycan

Rusiya təbliğatı özünəxas üslubda növbəti dəfə Türkiyənin bədnam moizəçisi Fətullah Gülənin hərəkatının Azərbaycandakı yerini təhrif edilmiş şəkildə təqdim edərək, onu Azərbaycan müxalifəti ilə əlaqələndirib.

“Vesti-1” teleşirkəti avqustun 28-də axşam tamaşaçılara “Gülən cinayət işi”, onun təhsil sisteminə, KİV-ə, dövlət sisteminə yalnız müxalifət vasitəsilə təsiri haqqında altı dəqiqəlik “Türkiyədə və Azərbaycanda Gülən tərəfdarları tutulur” adlı süjet təqdim edib.

Guya Azərbaycanın müxalifət düşərgəsində kök salan Gülənçiləri ifşa edənlər prokurorluğun, Bakı təhsil idarəsinin, Rus Pravoslav Kilsəsi yeparxiyasının nümayəndələri, ilahiyyatçı, adı məşhur olmayan Azər Həsrət olub.

Amma “Vesti”nin diqqət yetirməli olduğu, amma qeyri-peşəkarlıq səbəbindən deyil, peşə-etika normalarına məhəl qoymadığına görə diqqət yetirmədiyi bir sıra suallar yaranır. Yeri gəlmişkən, peşə-etika normalarına məhəl qoyulmaması həm Rusiyada, həm də Azərbaycanda dövlətin nəzarəti altında olan KİV qurumlarında adi hala çevrilib.

Gülən hərəkatının Azərbaycandakı rejim üçün real müxalifət hərəkatı kimi təfsiri tənqidə belə layiq deyil. Gülənin təhsil sistemi, KİV-ləri, biznes strukturları Azərbaycana SSRİ-nin dağıldığı dövrdə nüfuz etməyə başlayıb. Gülən emissarları əvvəlcə Mütəllibovun, daha sonra Elçibəyin, ondan sonra isə Heydər Əliyevin prezidentlik dövründə əlaqələr qurub. Azərbaycanda idarəetmə sistemi ilə az da olsa tanış olan hər kəs yaxşı başa düşür ki, dövlətin iştirakı olmadan fəaliyyəti belə genişləndirmək mümkün deyil, müxalifətin bütün siyasi sistemə ardıcıl və amansız nəzarət edən dövlətə təsiri də həmçinin.

Bir faktı da qeyd edək ki, 23-ü hazırki rejimin payına düşən 25 il ərzində hüquq-mühafizə orqanları, Təhsil Nazirliyi, müxtəlif ekspertlər çox yaxınlarında Gülən şəbəkəsinin olduğunu görməyib, Erdoğan hökumətinin Gülənçilərin geniş fəaliyyəti haqqında Azərbaycan hakimiyyətinin ünvanına iki iradı olmasaydı, hələ indi də görməyəcəkdi. 2014-cü ildə birinci iraddan sonra bir sıra dövlət qulluqçusu, o cümlədən Prezident Administrasiyasının məmurları öz vəzifəsini itirib. Amma onların işdən çıxarılması rəsmi olaraq Gülənçilər və ya Nurçularla əlaqələndirilməyib. Gülənçilərin təhsil sistemi saxlanıb, onların yerli Samanyolu TV telekanalı isə Xəzər TV-yə, Burç FM radioları isə Araz kanalına çevrilib. Həmin vaxtlar müxalifət haqqında heç nə deyilmirdi və heç kim müxalifəti Gülənlə əlaqələrdə ittiham etmirdi.

Belə bir sual yaranır: Azərbaycanda gülənçilərin fəaliyyət göstərdiyi 25 ildə onun on minlərlə məzunu dövlət və biznes qurumlarında vəzifələr tutub. Onların əksəriyyəti vakansiyaları əldə etmək üçün dövlət müsabiqələrində iştirak edib və onlardan uğurla keçib. Bütü bunlar müxalifətin əli ilə baş verə bilərdi? Əgər baş verə bilərdisə, bu o deməkdir ki, Azərbaycanda müxalifət dövlətə nəzarət edir?

Hazırki antigülən dalğası iyulda Türkiyədə hərbi çevriliş cəhdinin uğursuzluğundan və bunun ardınca müxalifətin deyil, İlham Əliyev hökumətinin ünvanına Gülənlə əməkdaşlıq qınaqlarından sonra başlayıb. Rəsmi Bakı bu dəfə öz sıralarında növbəti təmizləmələr yerinə Xalq Cəbhəsini Azərbaycanda Gülənin məskəni elan edərək, onun cərgələrindən ənənəvi rəqiblərini “zərərsizləşdirməyə” başlayıb.

Hakimiyyət çoxdan müxalifətin boğulması məqsədi güdürdü və müxalifətin qarşı çıxdığı konstitusiyaya dəyişikliklər haqqında ümumxalq referendumu ərəfəsində Gülən mövzusu tam yerinə düşdü. Maraqlıdır ki, Bakıdakı rejimi bu məsələdə yalnız təbliğçi Rusiya KİV-i dəstəkləyib. Xarici mətbuat, o cümlədən Türkiyə mətbuatı bu mövzuya toxunayıb, belə ki, AXC-nin Gülənlə əlaqələri haqqında ağlabatan dəlil tapmayıb. Əslində KİV etikaya uyğun olaraq “Gülən cinayət işi” ilə bağlı məlumat istəməli, hakimiyyətin opponentlərinin onlara qarşı irəli sürülmüş ittihamlar haqqında fikrini öyrənməli və onlara izahat və özünümüdafiə üçün tribuna verməli idi. “Vesti”, eləcə də digər KİV-lər bunu etmədi. Göründüyü kimi, Rusiya KİV-in buna ehtiyacı yoxdur, çünki Rusiyada bu gün başqa trend var.

Hələ dünən Kremlin ən qəddar düşməni kimi Erdoğan təqdim edilirdi. İndi o, yenə dostlar siyahısındadır, elə həmin Rusiya KİV-in, xüsusən “Vesti”nin təfsirində Gülənin böyük sui-qəsdinin qurbanına çevrilib. (contact.az)

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

ABŞ üçün terror təşkilatı strateji müttəfiqdən niyə önəmlidir?

%d bloqqer bunu bəyənir: