Now Reading:
Rusiya ilə Türkiyə arasındakı ilk çarter uçuşu sabah reallaşacaq
Full Article 30 second read

Rusiya ilə Türkiyə arasındakı ilk çarter uçuşu sabah reallaşacaq



Rusiya ilə Türkiyə arasındakı problemlərin aradan qaldırılmasından sonra ilk çarter uçuşu sabah reallaşacaq.

“Anadolu”nun verdiyi xəbərə görə, Antalya Valiliyindən verilən açıqlamada deyilir ki, Rusiya ilə Türkiyə arasındakı çarter uçuşlarının yenidən başlaması istiqamətində razılaşmanın imzalanmasından sonra ilk uçuş sentyabrın 2-də baş tutacaq. Belə ki, sabah Moskvadan qalxacaq “Royal Flight” hava yollarına aid “Boeing 767” tipli təyyarənin 309 sərnişin ilə Türkiyə vaxtı ilə saat 19:55-də Antalya Hava Limanında enməsi gözlənilir.

Rusiyadan gələcək qonaqlar üçün hava limanında kokteyl qonaqlığı təşkil ediləcək.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: