Now Reading:
Rusiya ilə münasibəti yalnız CHP bərpa edə bilər
Full Article 40 second read

Rusiya ilə münasibəti yalnız CHP bərpa edə bilər



Rusiya ilə münasibətləri yalnız CHP (Cümhuriyyət Xalq Partiyası) bərpa edə bilər.

Axar.az xəbər verir ki, bu açıqlama ilə CHP-nin sədri Kamal Kılıçdaroğlu çıxış edib.

“Xarici siyasətimizi düşünün. Rusiya, İraq, Suriya, Fələstin, Misirə nəzər yetirin. Bir gün yuxudan oyandıq ki, Suriya bir nömrəli düşmənimiz olub. Bu ölkələrlə münasibətləri kim yoluna qoya bilər? Böyük inamla deyirəm ki, CHP-dən başqa heç bir partiya münasibətləri bərpa edə bilməz. “İxrac edəcəyik” deyirsiniz. Haraya? Rusiya, Fələstin, Liviya və İran… Biz həll edərik. Bütün ölkələrdə əlaqələr yaradarıq. Çünki bizim mədəniyyətimizdə “Yurdda sülh, cahanda sülh” anlayışı vardır. Hər qonşu ilə sülh şəraitində yaşamaq istəyirik”, – Kılıçdaroğlu bildirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: