Suriyada Rusiyaya məxsus helikopter müxaliflər tərəfindən vurulub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, helikopter İdlib şəhərində vurulub.
Nəticədə helikopterdəki 4 rus əsgəri ölüb. Məlumata görə, adıçəkilən bölgəyə üç rus helikopteri hərəkət edir. Onların rus pilotların cəsədlərini müxaliflərdən almaq üçün hücum edəcəyi gözlənilir.