Loading...
Loading...

Rusiya hərbçiləri Donbasda qiyama qalxdı – KƏŞFİYYAT

“Rusiyanın kadr hərbçiləri Donbasda xidmət aparmaqdan kütləvi şəkildə imtina edirlər. Amma eyni zamanda evə qayıda bilmirlər”.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda “Facebook”dakı səhifəsində Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsi bildirib.

“Şəxsi heyət arasında itkilərin artması ilə əlaqədar olaraq Rusiyanın kadr hərbçiləri xidməti davam etdirməkdən kütləvi şəkildə imtina edirlər. Debaltsevoda yerləşən 7-ci motoatıcı briqadasında xidmət edən 85 hərbi qulluqçu Rusiya Silahlı qüvvələrinin 2-ci ordu korpusunda xidmətdən imtina ilə bağlı raport yazıblar”, – idarənin məlumatında deyilir.

Həmçinin vurğulanır ki, briqadanın komandanlığı hərbi qulluqçulara Rusiya pasportlarını vermirlər. Onlarda olan sənədlər isə Rusiyaya qayıtmağa imkan vermir.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Şanxay Əməkdaşlıq Təşkilatı yığışır

%d bloqqer bunu bəyənir: