Loading...
Loading...

Rusiya Gürcüstanda hərbi təlimə başladı

Rusiya Cənub Hərbi Dairəsində raket və artilleriya qoşunlarının hərbi təliminə başlayıb.

Axar.az xəbər verir ki, təlimdə 5 mindən çox hərbçi iştirak edir. Şimali Qafqaz və Cənubi Osetiya ərazisində keçirilən hərbi təlimə İsgəndər-M zenit raket kompleksləri, Akasiya və Qvozdika özüyeriyən qaubitsalar cəlb olunacaq. Burada həmçinin Şturm-C tank əleyhinə raket sistemlərindən də istifadə ediləcək. Hərbi təlim sentyabrın 16-na qədər davam edəcək.
Qeyd edək ki, Rusiya dünən Xəzər dənizində də təlim keçirib.
Cənubi Osetiya Gürcüstan ərazisidir. 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan savaşından sonra bu ərazi Moskvanın dəstəyi ilə Tiflisin nəzarətindən çıxıb. Müharibədən dərhal sonra Rusiya Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Türkiyədə FETÖ basqını: Azərbaycanda fəaliyyət göstərən “Akfa Holding” rəhbəri həbs olundu

Loading...
%d bloqqer bunu bəyənir: