Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiya Gürcüstana silah satışını bərpa etdi

Rusiyanın “Kalaşnikov” konserni 2006-cı ildə tətbiq edilmiş qadağadan sonra Gürcüstana mülki silahların tədarükünü bərpa edib.

APA-nın verdiyi məlumata görə, bu barədə konsernin marketinq üzrə direktoru Vladimir Dmitriyev bildirib. Onun sözlərinə görə, şirkət yaxın 5 ildə tədarükün həcmini artırmaq niyyətindədir.

Konsern ilk dəfə olaraq Rusiyadan kənarda Tbilisinin “Kalibr” silah mağazasında brend-zona açıb. Konserndən bildiriblər ki, “Kalaşnokov”un Tbilisidəki brend-zonasında ənənəvi atıcı məhsullarla yanaşı, “Kalaşnikov” və “Baykal” markaları altında buraxılması planlaşdırılan əlavə məhsullar da təqdim olunacaq.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Dünyada qadağan edilmiş 20 film — SİYAHI

%d bloqqer bunu bəyənir: