Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Rusiya güc balansının pozulmasına imkan verməyəcək”

“Rusiya genişmiqyaslı hərbi münaqişələr zamanı strateji güc balansının saxlanılması üçün təşəbbüs göstərir”. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

“Əlbətdə, biz bu strateji güc balansını saxlamaq üçün tərəfimizdən lazım olanı bütün işləri görəcəyik. Rusiya genişmiqyaslı hərbi münaqişələr zamanı strateji güc balansının saxlanılması üçün əlindən gələni edir. Sözsüz ki, müqayisə planetin qaynar nöqtələrində olan münaqişələrdən getmir. Bu biz bildiklərimizə aiddir. Budur bunu buraxmağı biz bacarmırıq və buraxmayacağıq. Beynəlxalq təhlükəsizlik sisteminin pozulması və yeni silahlanma yarışının başlanması üçün əlavə addım olacaq”, – deyə hərbiçilərlə keçirilən müşavirədə Putin bildirib.

Dmitri Roqozin - Rusiya Baş nazirinin müavini

Qeyd edək ki, Ermənistan Azərbaycana silah satışının məhdudlaşdırılması ilə bağlı dəfələrlə çağırış etsə də Rusiya silah satışının davam etdiriləcəyini bəyan edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Azərbaycana silah satmasında hər hansı nüanslar axtarmağa ehtiyac yoxdur.

Onun sözlərinə görə, Rusiya beynəlxalq hüquqi əsaslarla digər ölkələrlə hərbi-texniki əməkdaşlığını davam etdirir.

“Rusiya tərəfinin verdiyi açıqlamalarda ikili ya üçlü məna axtarmaq lazım deyil. Biz başa düşürük ki, Dağlıq Qarabağda vəziyyət necə mürəkkəbdir. Bilirik ki, əslində hansı metodlar vəziyyəti sabitləşdirəcək. Bu metodlara ilk növbədə siyasi-diplomatik tənzimlənmə aiddir”, – Zaxarova deyib.

4 günlük müharibədən sonra Ermənistan dəfələrlə çağırış edib ki, Rusiya Azərbaycana silah satışında məhdudiyyətlər qoysun.

Konkret olaraq cəbhə xəttində vəziyyət gərginləşdikdən sonra Ermənistan rəhbərliyi Rusiyanı Azərbaycana silah satmaqda günahlandırıb. Rəsmi İrəvan hesab edir ki, Bakı Moskvadan aldığı silahları İrəvana qarşı istifadə edir. Rusiya baş nazirinin müavini Dmitri Roqozin İrəvanın ittihamlarının cavabını verib. O bildirib ki, Rusiya Azərbaycan və Ermənistana silahı maraqları balanslaşdıraraq satır.

Rusiya istehsalı olan TOS1-A silahı

Ermənistan Rusiyanın silah müqavilələrini yerinə yetirməməsindən narahatdır. İrəvan və Moskva arasında 200 milyon dollarlıq kredit müqaviləsi 2015-ci ilin 26 iyununda imzalansa da Ermənistana heç bir silah verilməyib. Ermənistanın “lragir.am” saytının iddiasına görə, həmin vaxt Rusiyanın qanunverici orqanı silah satışı barədə imzalanan krediti müqaviləsinin təsdiq etməkdə maraqlı olmayıb.

Rəsmi Moskva öz müttəfiqi ilə bağlı müqaviləni yalnız 2016-cı ilin fevralında təsdiq edib. Amma Ermənistan parlamenti müqaviləni 2015-ci ilin 2 iyulunda çox tələsik təsdiq edib. Ermənistanın “Məlumatlandırılmış vətəndaşların ittifaqı” təşkilatı Rusiyadan silahların alınması məsələsinə aydınlıq gətirib. Məsələ ilə bağlı Ermənistan hökumətinə müraciət edilib.

Araşdırmalar nəticəsində məlum olub ki, Ermənistan bu günə qədər 200 milyon kredit əvəzində heç bir silah və hərbi təyinatlı hər hansı texnika almayıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Rusiyalı deputat: “Dağlıq Qarabağ mövzusu siyasətbazlığı sevmir”

%d bloqqer bunu bəyənir: