Now Reading:
Rusiya geri addım atdı – TÜRKİYƏ İLƏ BAĞLI QƏRAR LƏĞV OLUNDU
Full Article 40 second read

Rusiya geri addım atdı – TÜRKİYƏ İLƏ BAĞLI QƏRAR LƏĞV OLUNDU



Rusiyanın “Rosselxodnadzor” qurumu Türkiyədən kənd təsərrüffatı məhsullarının idxalını qadağan edən qərarı ləğv edib.

24saat.org saytı hurriyet.com-a istinadən xəbər verir ki, bu barədə “Rosselxodnadzor”un sədr müavini Yuliya Şvabauskene deyib.

“Bu gün təşkil etdiyimiz toplantıda Türkiyədən idxal olunan bütün kənd təsərrüfatı məhsullarına qadağanın tətbiq edilməsindən imtina etdik. Türk tərəfindən səhvlərini düzəltməyə yönəlik müsbət siqnallar alındığı üçün radikal addımdan hələlik imtina etdik. Lakin 19 maydan etibarən zərərverici həşərat səbəbindən balqabağın gətirilməsi müvəqqəti olaraq qadağan ediləcək. Digər idxal olunan malların isə keyfiyyətinə baxılacaq. Normalara və karantin şərtlərinə cavab verməsə, geri göndəriləcək. Türk tərəfinin davranışlarına görə qadağan qoyulduğu kimi qaldırıla bilər ”, – Şvabauskene bildirib.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: