Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiya Ermənistanda pulsuz iki radiolokasiya stansiyası quraşdıracaq

Rusiya təmənnasız Ermənistanda iki “Qrad” əleyhinə radiolakasiya yerləşdirəcək. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin rəhbərinin müavini Aykaram Mxitaryan parlamentdə çəxışı zamanı deyib.

Milli Məclisin komissiyalarının iclasında müavin 2015-ci il üçün dövlət büdcəsinin icrası haqqında hesabat verərkən Rusiyanın Ermənistanın yaxın vaxtlarda iki radiolokasiya stansiyasının quraşdıracağını bildirib.

Mxitariyanın sözlərinə görə, vəziyyəti kifayət qədər yaxşı olan stansiyanı Rusiya Ermənistana heç bir xərc olmadan verəcək. Radiolokasiya stansiyasının biri Şirak sahəsində, digəri isə Ararat vadisində yerləşdiriləcək. Stansiya buludların effektiv hərəkətini izaləməyə imkan verəcək.

 Aykaram Mxitaryan - Ermənistanın fövqəladə hallar nazirliyinin rəhbərinin müavini

May ayının əvvəllərində Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, Rusiya kredit razılaşmasına əsasən, artıq Ermənistana silah göndərməyə başlayıb.

Ermənistan rəhbərliyi aprelin 15-də Rusiyanın İrəvana 200 milyon dollar dəyərində hərbi məhsulların alınması üçün nəzərdə tutulan dövlət xətti ilə verilən ixrac kreditinin reallaşmasına dair layihəni təsdiq edib.

Aprelin sonunda Ermənistan müdafiə naziri Seyran Ohanyan razılaşmaların imzalanmasına dair işlərin getdiyini bildirmişdi.

 Artsrun Ovannisyan  - Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi

Ölkələr arasında kreditin verilməsi haqqında müqavilə 2015-ci ildə imzalanıb. Ötən il iyunun 26-da İrəvanda hökümətlərarası komissiyanın iclası çərçivəsində Ermənistan və Rusiya arasında 200 milyon dollar kredit razılaşması imzalanıb. Bununla Rusiya Federasiyası hökuməti Ermənistan ordusunun müasir silahla təminatı üçün 200 milyon dollar məbləğində güzəştli kredit ayırıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Rusiyadan Ermənistan ordusuna daha bir dəstək – Ermənistan QLONASS-a qoşulacaq

%d bloqqer bunu bəyənir: