Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiya Ermənistana verdiyi “İsgəndər” raketləri haqda: “Qardaşlıq rəmzidir”

Rusiya 200 milyon dollarlıq güzəştli kredit şərçivəsində Ermənistana silah satışına başlayıb.

Bunu “Azadlıq”radiosunun erməni xidmətinə Rusiyanın Yerevandakı səfiri İvan Volınkin deyib.

Virtualaz.org xəbər verir ki, səfir Rusiyanın Ermənistana “İsgəndər-M” operativ-taktiki raketləri verməsini də şərh edib.

Volınkin bildirib ki, bu fakt Rusiya-Ermənistan müttəfiqliyinin xarakterini göstərir. Səfir İvan Volıkin “İsgəndər”-in satışının əldə olunmuş razılaşmaya uyğun aparıldığını və bunun Rusiya ilə Ermənistan arasında “müttəfiqlik və qardaşlıq” anlamına gəldiyini deyib.

Xatırladaq ki, Ermənistan “İsgəndər” raketlərini ilk dəfə sentyabrın 16-da nümayiş etdirib. Daha sonra raketlər sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 25 illiyi münasibətilə keçirilən parada çıxarılıb. İndiyədək Rusiya “İsgəndər” raketlərini heç bir ölkəyə ixrac etməmişdi. Ermənistana bu raketlərin verilməsinə Rusiya rəsmiləri şərh vermirdilər.

“Plana uyğun olaraq həyata keçirilən, müqavilə öhdəlikləri imzalanıb. Artıq hər şey “plana uyğun olaraq gedir” deyə səfir bildirib.

2015-ci ildə iki ölkə arasında imzalanan  sazişə görə, Rusiya Ermənistana ondan silah alması üçün 200 milyon dollarlıq kredit verib. Bu saziş çərçivəsində Rusiya Ermənistana “Smerç” reaktiv-yaylım atəşi sistemləri, TOS-1A “Solntsepyok” odsaçanları və digər silahlar verməyə razılaşıb.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Ramil Səfərov ANS-in bağlanmasından danışdı: “Azərbaycandan iştirak etmiş yeganə kanal ANS olub”

%d bloqqer bunu bəyənir: