Advertisements
24 saat

Rusiya Ermənistanın nüvə tullantılarını yenidən emal etməyə hazırdır


“Rosatom” şirkəti Ermənistan Atom Elektrik Stansiyasının (AES) nüvə yanacağı tullantılarını mühafizə və yenidən emal etməyə hazırdır”.

RİA Novostinin məlumatına görə, bunu jurnalistlərə Rusiyanın “Rostom” şirkətinin Radioaktiv tullantılar, nüvə yanacağı emalı, nüvə və təhlükəli radiasiya müəssisələrinin istismarı üzrə direktoru Oleq Kryukov deyib.

“Nüvə Yanacağının təkrar Emalı beynəlxalq müqaviləsinə gəlincə, o, istehsalçı dövlətə qaytarılmalıdır”, – deyə O.Kryukov vurğulayıb.

Kryukovun sözlərinə görə, bu istiqamətdə danışıqlar gedir, hələlik onun konkret çərçivələri müəyyənləşməyib, hazırda yanacaq Ermənistandadır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: