Now Reading:
Rusiya BMT Şurasından çıxarıldı
Full Article 40 second read

Rusiya BMT Şurasından çıxarıldı



Rusiya BMT İnsan Haqları Şurasının tərkibinə daxil olmayıb.

Keçirilən səsvermə zamanı Rusiya 112 səs toplayıb. Şuraya isə onun Şərqi Avropadan olan rəqibləri Macarıstan və Xorvatiya üzv seçilib.

Qeyd edək ki, İnsan Haqları Şurasına 14 yeni üzv seçilib. Bu ölkələr sırasına Macarıstan, Xorvatiya, Braziliya, Böyük Britaniya, Misir, İraq, Çin, Kuba, Ruanda, Səudiyyə Ərəbistanı, ABŞ, Tunis, Cənubi Afrika Respublikası və Yaponiya daxil olublar. Yeni şuranın üzvləri 2017-2019-cu illər ərzində fəaliyyət göstərəcəklər.

Bundan öncə İnsan Haqları Şurasında Rusiyanın Hələbi bombardman etməsi kəskin tənqid edilib. Moskvanı bu məsələ ilə bağlı daha çox Böyük Britaniya qınaq obyektinə çevirib. (Axar.az )

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: