Advertisements
24 saat

Rusiya, Belarus və Qazaxıstan idmançıları Olimpiadadan kənarda qala bilər


Beynəlxalq Ağır Atletika Federasiyasından verilən məlumata görə, 2008 və 2012-ci illər Olimpiya Oyunlarında iştirak etmiş idmançıların 3 nəfər və daha çoxunda dopinq-sınaqların təkrar müayinəsi müsbət nəticə verərsə, həmin ölkələr 1 il müddətinə federasiyada üzvlükdən məhrum ediləcəklər.

Virtualaz.org bildirir ki, bu cəza avtomatik olaraq həmin ölkələrin avqustun 5-də Braziliyanın Rio-de-Janeyro şəhərində başlayacaq Yay Olimpiya Oyunlarına buraxılmaması deməkdir.

Yekun qərar sabah Beynəlxalq Ağır Atletika Federasiyasın İcraiyyə komitəsinin Tbilisidə keçirilən iclasında veriləcək.

Bu cəzaya ən real namizədlərin sırasında Rusiya, Belarus və Qazaxıstanın adı çəkilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: