Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiya azərbaycanlılarından – Bəyanat

barÜmumrusiya Azərbaycan Konqresi Azərbaycanın Dağlıq Qarabağ regionundakı vəziyyətlə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Ümumrusiya Azərbaycan Konqresi bütün Azərbaycan xalqı kimi Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarla bağlı narahatlıq keçirir.

“Münaqişənin həllindən ötrü bütün cəhdlərə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və digər beynəlxalq təşkilatların Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazisindən çıxarılmasını tələb edən sənədlərin olmasına baxmayaraq, vəziyyət dəyişilməz olaraq qalır. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bir milyondan çox azərbaycanlı doğma yurdlarını tərk etmək məcburiyyətində qalıb”- deyə bəyanatda bildirilir.

Bəyanatda vurğulanır ki, Dağlıq Qarabağda döyüşlərin yenidən başlaması Ermənistan tərəfindən törədilmiş təxribatdır. “Bu situasiya uzun müddət davam edə bilməz. Biz ümid edirik ki, erməni xalqı və Ermənistan rəhbərliyi qonşu dövlətlərə qarşı aqressiv siyasətdən imtina edəcək. Azərbaycan torpaqlarının azad olunmasının kökündə regionda sabitliyin bərqərar olunması dayanır”- deyə bəyanatda bildirilir.
Ümumrusiya Azərbaycan Konqresi hərbi təxribatlar zamanı düşmənlə döyüşdə həlak olanların ailələrinə başsağlığı verib və bildirib ki, Rusiya azərbaycanlıları Azərbaycan prezidentinin işğal altındakı torpaqlarımızı azad etməsi ilə bağlı bütün qərarlarını dəstəkləyəcək.

Lent.az

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Nazir ermənilərin yaraladığı məktəbliyə baş çəkdi – Fotolar

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: