Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiya Azərbaycanın aprel döyüşlərində tətbiq etdiyi silahı hazırlamağa başladı

Rusiya silahlı qüvvələri döyüş tətbiqi ilk dəfə bu iilin aprelində Qarabağda gedən 4 günlük müharibə zamanı Azərbaycan ordusu tərəfindən həyata keçirilən pilotsuz kamikadzelərin işlənin hazırlanmasına başlayıb.

24saat.org xəbər verir ki, bu haqda TASS agentliyinə hərbi qaynaqlardan bildiriblər.

Rusiya hərbi dairələrində hesab edirlər ki, radarlarda çox pis seçilən, demək olar ki, səssiz və çox aşağıdan uçan pilotsuz döyüş sistemləri perpspektivdə olduqca ciddi və işə yarayan silaha çevrilə bilər. Bu səbəbdən Rusiya ordusunun həmin silahlarla təchizatı istiqamətində işlərə başlamaq qərara alınıb.

Xəbər verildiyi kimi Azərbaycan silahlı qüvvələri aprel döyüşlərində İsraildən alınan “Harop” pilotsuz döyüş sistemlərini tətbiq edib. Bu silahla ermənilərin “Yerkrapa” könüllülərini daşıyan avtobus Ağdərədə təmas xəttinə çatmamış vurulub, habelə işğalçı qüvvələrin Mataqis polkunun qərargahına zərbə endirilib. Bu, İsrail istehsalı olan həmin pilotsuz uçan döyüş aparatının hərbi əməliyyatlarda ilk tətbiqi idi və böyük rezonansa səbəb oldu.

Məlumatlara görə Azərbaycan İsraildən pilotsuz döyüş aparatlarının yüzlərlə müxtəlif modifikasiyasını əldə edib. Bu günlərdə müdafiə sənayesi naziri Yavər Camalov bəyan edib ki, Azərbaycan tezliklə pilotsuz döyüş sistemlərinin istehsalına başlayacaq, həmin sistemlər “Zərbə” adlanacaq. Çox güman ki, söhbət İsrailin İAİ korporasiyası ilə həmin “Harop” pilotsuz-kamikadzelərinin Azərbaycanda birgə istehsalından gedir.

Azərbaycan dünyada bu cür pilotsuz döyüş sistemlərinə malik olan azsaylı ölkələrdən  biridir və qonşu ölkələrdə, o cümlədən Rusiyada belə silahlar yoxdur. Azərbaycanın həmin döyüş aparatını tətbiq etməsindən sonra bir çox hərbi analitiklər belə rəy verdilər ki, gələcəkdə bu silahlar Rusiyaya qarşı mümkün müharibədə effektiv vasitəyə çevrilə bilər. Çünki radarlara praktiki olaraq yaxalanmayan həmin döyüş sistemləri ilə o cümlədən nüvə raketlərinə start meydançasında zərbə endirmək olar.

Görünür “Harop”ların tətbiqi təkcə Ermənistanı deyil, Rusiyanı da möhkəm narahat edib. TASS-a məlumat verən mənbə deyib ki, pilotsuz uçan  aparat-kamikadze brandır prinsipi ilə hazırlanacaq. Brander keçmişdə dünyanın bir çox ölkələrinin istifadə etdiyi qayıqdır. İçərisinə partlayıcı doldurulmuş bu qayıqlar səssiz-səmirsiz böyük gəmilərə yan alırdı və içərisindəki adamlarla birlikdə partladılırdı.

Mənbənin bildirdiyinə görə döyüş başlığı daşıyan pilotsuz sistemin hazırlanması üçün Rusiyada istehsal olunan pilotsuz uçan aparat modellərindən biri götürüləcək. Bu, sıfırdan yeni silah işləyib hazırlamaqdan  xeyli ucuz başa gələcək və effektiv olacaq. Detallar haqda məlumat verilmir. Habelə informasiyanın rəsmi qaynaqlardan təsdiqi hələ yoxdur.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

General Xaçaturovun Azərbaycan qoşunlarının hərəkətindən xəbəri olubmu

%d bloqqer bunu bəyənir: