Loading...
Loading...

“Rusiya Azərbaycana 5 milyard dollarlıq hücum silahı satıb”

“Rusiya Ermənistan və Azərbaycan arasında hərbi balansı pozub. Rusiyanın bu addımları davam etdirir”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Ermənistan parlamentinin “İrs” partiyasından olan deputatı Zarui Postancyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiyanın Azərbaycana satdığı hücum silahının cəmi məbləği 5 milyard dollardan çoxdur. “Bəyanatlar verilir ki, silah satışı davam edəcək. Rusiya Azərbaycan və Ermənistan arasında 2014-cü ilə qədər olan hərbi balansı pozub”.

Müxalif millət vəkili ötən il Rusiya və Ermənistan arasında silah alışı ilə bağlı razılaşmaya da toxunub. O, deyib ki, 200 milyon dollar məbləğində kredit Azərbaycan və Ermənistan arasında pozulan hərbi balansın bərpası üçün ayrılıb. “Ancaq silahların Ermənistana veriləcəyi məlum deyil. Mən əminəm ki, bu silahlar Ermənistana verilməyəcək. Biz anlamalıyıq ki, birtərəfli siyasət bizim maraqlarımıza əsaslanmır. Əksinə təqdirdə biz müstəqilliyimizi güzəşt etməməli olacağıq”, – Postancyan bildirib.

Zarui Postancyan - Ermənistan parlamentinin millət vəkili

Azərbaycan ordusunun aprel hadisələri zamanı Ermənistan təxribatına cavabından sonra rəsmi İrəvan silahlı bölmələrinin zəif olduğunu və müasir hərbi texnikalarının olmadığını etiraf etdi.

Ermənistanın siyasi elitası və yerli əhali aprel hadisələrinə qədər “Ermənistanın güclü ordusu var” şüarı ilə aldadılırdı.

Amma Azərbaycan ordusunun Ermənistan Silahlı Qüvvələrinin təxribatına cavabından sonra rəsmi İrəvan hər şeyi etiraf etdi. Ermənistan prezidenti Serj Sarkisyan Almaniya səfəri zamanı bildirib ki, Azərbaycandan fərqli olaraq Ermənistan 1980-ci illərdə istehsal olunan silahlarla döyüşür.

“Azərbaycan modern silahlara sahib olduğunu son 3 gündə sübut etdi”, – Sarkisyan deyib.

Serj Sarkisyan - Ermənistan prezidenti

Serj Sarkisyan – Ermənistan prezidenti

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Azərbaycan və ABŞ arasında imzalanmış “Açıq səma sazişi” qüvvəyə minib

Loading...
%d bloqqer bunu bəyənir: