Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiya Azərbaycana əlavə qaz nəql edə bilər

“Qazprom” Azərbaycana qaz nəqlini artıra bilər.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, bu barədə “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller bildirib.

A. Millerin sözlərinə görə, qiymətdə razılığa gəlinsə, bu məsələ SOCAR-la müzakirə ediləcək.

Onun sözlərinə görə, əlavə nəql olunacaq qazın həcmi 3-5 mlrd. kubmetr ola bilər.

“İndi tərəflər qaz nəqlinin 3-5 mlrd. kubmetr artırılmasında maraqlıdır”, – deyə A.Miller bildirib.

A. Miller əlavə edib ki, müqaviləyə əsasən, “Qazprom” ötən il Azərbaycana 2 mlrd. kubmetr qaz nəql etməyə başlayıb.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Köhnə avtomobillər bahalaşır

%d bloqqer bunu bəyənir: