Now Reading:
Rusiya Azərbaycandan gedən yük maşınlarının keçid prosedurlarını sürətləndirib
Full Article 40 second read

Rusiya Azərbaycandan gedən yük maşınlarının keçid prosedurlarını sürətləndirib



Rusiya tərəfi Azərbaycandan gedən yük maşınlarının keçid prosedurlarını sürətləndirib.

Bunu “Report”un Şimal bürosunun müxbirinə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük buraxılış məntəqəsinin rəis müavini Cavid Nadirov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya gömrükçülərinin görüşündən sonra buraxılış məntəqəsində tıxac qismən də olsa azalıb: “Görüş zamanı Rusiya gömrükçüləri ilə aparılan danışıqlardan sonra müsbət nəticə əldə olunub. Artıq 50 yük maşını Rusiya tərəfinə keçib.

Hazırda Azərbaycanda meyvə-tərəvəz mövsümüdür. Buna görə də sıxlığın yaranması təbii haldır. Azərbaycandan Rusiyaya gedən yük maşınlarının keçid prosedurlarının sürətləndirilməsi ləngimələri aradan qaldırıb. Hazırda 150 yük maşını Rusiya tərəfinə keçmək üçün növbə gözləyir”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: