Now Reading:
Rusiya ABŞ-la viza rejimini ləğv etməyə hazır olduğunu bildirdi
Full Article 30 second read

Rusiya ABŞ-la viza rejimini ləğv etməyə hazır olduğunu bildirdi



Rusiya əvvəlki kimi ABŞ ilə viza rejiminin ləğvi barədə danışıqlar aparmağa hazırdır, lakin bu, sanksiya siyasəti kontekstində çətin ki mümkün olsun. Bunu TASS-a açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Konsul departamentinin direktoru Yevgeni İvanov deyib.

Onun sözlərinə görə, Rusiya nəinki ABŞ, eləcə də digər ölkələrlə qarşılıqlı olaraq viza rejiminə keçməyə hazırdır.

Xatırladaq ki, 2011-ci ildə Rusiyanın Baş naziri olmuş Vladimir Putin ABŞ-ın vitse-prezidenti Cozef Baydenə iki ölkə arasında vizasız rejim haqqında danışıqlara başlamağı təklif etmişdi. C.Bayden isə bu təklifi “yaxşı ideya” adlandırmışdı.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: