Loading...
Loading...
be788e0c-7260-4319-89a0-cd845774264f_w987_r1_s

Rusiya əhalisi dövlətə etibarını itirir

Son sorğular Rusiyada əhalinin hökumətə etibarının son bir ildə 2 dəfə azaldığını göstərib. Əhalinin etibarını əks etdirən rəqəmləri sosial araşdırmalar aparan «Levada» Mərkəzi açıqlayıb.

Mərkəzin məlumatına görə, respondentlərin cəmi 26%-i Rusiya hökumətinə etibar etdiyini deyir. «Interfax» agentliyi bu göstəricinin keçən il 45% olduğunu yazır.

Builki sorğuda iştirak edən respondentlərin cəmi 22%-i Dövlət Dumasına etimad göstərib. Bu göstərici keçən il 40% olub.

Hakim qüvvələr arasında ən çox etibar edilən – prezident Vladimir Putin-dir. Respondentlərin 75-% Putin-ə inandığını bildirib. Amma bu rəqəm də ötənilki ilə müqayisədə azdır, keçən il prezidentə inananlar 80% idi. Orduya etibar edənlərin göstəricisi 64%-dən 60%-ə, təhlükəsizlik orqanlarına etimad göstərənlərin sayı 50%-dən 46%-ə düşüb.

KORRUPSİYA QALMAQALLARI

Polis və prokurorluğa bel bağlayanların sayı 24%-ə, məhkəmələrə inananlar 22%-ə qədər azalıb.

«The Moscow Times» qəzetinin yazdığına görə, bu rəqəmlərin azalmasının səbəblərindən biri Rusiya Tədqiqat Komitəsində baş vermiş korrupsiya qalmaqalları ola bilər.

Rusiyada respondentlərin yalnız ¼-i mətbuata (27%), 43%-i kilsəyə etimadını bildirib. Bu rəqəmlər də keçən illərkilərlə müqayisədə aşağıdır.

Siyasi partiyalara inam 20%-dən 12%-ə düşüb. Rusiya banklarına inam 15%-dən də aşağıdır.

«Levada» Mərkəzinin məlumatına görə, sentyabrda keçirilən sorğuda Rusiyanın 137 yaşayış məntəqəsində 1600 vətəndaşın rəyi öyrənilib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Ancelinanın İŞİD haqda yazdıqları aləmi bir-birinə qatdı -Foto

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: