Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
beyn%c9%99lxalq-banki

Rus şirkətlərinin Azərbaycana borcları – SİYAHI

Rusiyanın nəhəng “Non-stop Prodakşn” kino şirkətinin şəriki Azərbaycandan imiş.

Şirkətin 49%-nə “Exkalibur” adlı Lüksemburq şirkəti sahiblik edir. Bu şirkətin benefisiarı isə Azərbaycanın dövlət şirkəti, Azərbaycan Beynəlxalq Bankının mübahisəli kreditlərini idarə edən “Aqrarkredit”dir.

Qeyd edək ki,“Aqrarkredit” vaxtı keçmiş kreditlərin geri alınması ilə məşğul olmalı, onların effektiv şəkildə qaytarılmasını təmin etməlidir. Maraqlıdır ki, “Aqrarkredit”in məşğul olduğu mübahisəli kreditçilərdən biri də elə “Aqrarkredit”in dolayısı ilə şərik olduğu “Non-stop Prodakşn”dır .

Qəzetin əldə etdiyi bilgiyə görə, tammetrajlı filmlərin istehsalıyla məşğul olan, kino bazarının liderlərindən biri kimi tanınan “Non-stop Prodakşn”ın Azərbaycan Beynəlxalq Bankına 4 milyon dollar borcu var və şirkət Azərbaycana nəinki aldığı krediti, heç kreditin faizini də ödəməyib.

Rusiyadakı borclularla məşğul olmaqdan ötrü “Aqrarkredit” Rusiyanın “Vertikal Kapital” şirkəti ilə razılaşma imzalayıb. Bu şirkət də öz növbəsində “Non-stop Prodakşn”la bağlı tələbini şirkətin prodüseri Aleksandr Rodnyansky-yə artıq çatdırdıqlarını bildirir.

“Exkalibur”un şəriki olduğu “AR films”in icraçı direktoru Fyodor Petrov “Kommersant”a müsahibəsində Azərbaycan Beynəlxalq Bankının Moskva nümayəndəliyinə 4 milyon dollarlıq borcları olduğunu təsdiqləyib. Ancaq bankın bu borcla bağlı tələb irəli sürmədiyini, “Vertical Kapital” adlı şirkəti də tanımadıqlarını deyib.

Qəzetin yazdığına görə, Azərbaycan Beynəlxalq Bankına yalnız “Non-stop Prodakşn”borclu deyil. “Vertikal Kapital” Azərbaycanla razılığa əsasən, Rusiyada bir neçə problemli kreditlə işləyir və onların ümumi məbləği 1 milyard dolları keçib.

“Vertical Kapital”ın verdiyi məlumata görə, Babayev qardaşlarının Sankt-Peterburqdakı beşulduzlu “Hermitage” oteli, İsraildə Kixinaşvililər ailəsinə məxsus “Diamond” sintetik almaz istehsalı və elektrostansiya layihəsi (81 milyon dollar), qazax biznesmen Comərd Kamenovun bir neçə layihəsi (180 milyon dollar), Rusiyanın nəhəng şərab idxalçısı “Mistral Alko” (19 milyon dollar) və “Mistral Alko”nun keçmiş sahiblərindən biri, abxaziyalı sahibkar Levan Tuzhba və onun strukturlarının (400 milyon dollar) Azərbaycan Beynəlxalq Bankına borcu qalır.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Türkiyədə dollar sürətlə bahalaşır

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: