Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rus politoloq:”Yaxın 10 il ərzində Dağlıq Qarabağ məsələsi həll olunmayacaq”

Rusiyalı politoloq yaxın onillikdə Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində inkişaf gözləmir.

Rusiyalı politoloq Aleksandr Xramçixin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində olduqca bədbin danışıb.

24saat.org saytı erməni mediasına istinadən bildirir ki, Ermənistan xəbərləri müxbirinin xahişi ilə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik tərəfindən təqdim edilən “ərazi əvəzində status” təklifinə şərh verərkən Aleksandr Xramçixin belə bir fikir bildirib ki, çox güman “status” dedikdə Xankəndinin nəzarətində olan torpaqların azad edilməsi qarşılığında qondarma Dağlıq Qarabağın tanınması başa düşülür. “Əlbəttə, “status” termini altında tanınmadan başqa da bir status nəzərdə tutula bilər, lakin bunu təklifin müəllifindən dəqiqləşdirmək lazımdır” – politoloq əlavə edib.
Təqdim edilən sxemlə qondarma Dağlıq Qarabağın mövqeyi arasında ziddiyyətlər haqqında suala cavab verərkən politoloq qeyd edib ki, o, bir-birinə uyğun gəlməyən yanaşmaların uyğunlaşdırılmasını mümkün hesab etmir. “Belə olan halda yaxın onillikdə məsələnin həlli istiqamətində hər hansı bir irəliləyişi gözləmək mümkündürmü” sualına Aleksandr Xramçixin belə cavab verib: “Mən hesab edirəm ki, yox”.

24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

“Sərvətinə baxanda insan düşünür ki, Eldar Mahmudovun oğlu vunderkind olub”

%d bloqqer bunu bəyənir: