Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ruhun peyda olduğu deyilən məktəbin direktoru DANIŞDI

Bakının Yasamal rayoundakı 286 saylı orta məktəbin direktoru məktəbdə guya əcaib məxluqun peyda olması barədə yayılan məlumatlara münasibət bildirib.

Məktəbin direktoru Samir Mehdizadə Trend-ə açıqlamasında yayılan məlumatları cəfəngiyyat adlandırıb və məktəbdə belə bir hadisənin baş vermədiyini bildirib:

 

“Məktəbdə yıxıldığı deyilən mühafizəçi 4 aydır ki, məktəbimizdə işdən çıxıb.

 

O, artıq məktəbdə işləmir. Nə məktəbdə ruh var, nə də həmin mühafizəçini kimsə yıxıb. Yayılanlar həqiqətə uyğun deyil”.

 

Qeyd edək ki, 286 saylı orta məktəbdə məktəbin mühafizəçisinin gecə saatlarında ruhun hücumuna məruz qalması barədə məlumatlar yayılıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Şakro Molodoy” sevgilisinin güdazına gedib

%d bloqqer bunu bəyənir: