Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
rufet.jpg

Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi yaradılıb

Komitəyə tanınmış ziyalı Eldəniz Quliyev rəhbərlik edir

Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi yaradılıb.

Bu barədə Moderator.az-ı müdafiə komitəsinin rəhbəri, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev məlumatlandırıb. E.Quliyevin sözlərinə görə, müdafiə komitəsi öz fəaliyyətini R.Səfərovun azadlığa çıxacağı günə qədər davam etdirəcək:

“Çox təəssüf ki, öz azad fikrinə, ədalətli mövqeyinə görə, təzyiqə məruz qalan insanların sayı günbəgün artır. Bunlardan biri də öz xoşu ilə vəzifəsindən istefa verən, firavan həyatından imtina edən Rüfət Səfərovdur. Ictimai rəydə onun adı kifayət qədər hallanır. Sadəcə vəzifəsindən uzaqlaşaraq ədlətin yanında qərarlaşdığına görə ona adekvat olmayan cəza tətbiq olunub. Bu ədalətsizlik bütün ölkənin, bütün dünyanın gözü qarşısında baş verdi. Hamı bilir ki, bu siyasi motivli bir həbsdir. Ona 9 illik həbs cəzası veriblər.

Mən Azərbaycan Ziyalılar Birliyinin rəhbəri olaraq bu cür haqsızlığa biganə qala bilmədim və R.Səfərovun müdafiəsinə qoşulmaq qərarına gəldim. Bu gündən etibarən Təşkilat Komitəsinin məsləhətləşmələrini aparacayıq. Onlarla insan Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinə üzv olmaq üçün mənə müraciət edib. Mən istəyirəm ki, bu komitədə həqiqətən də ləyaqətli insanlar təmsil olunsun. Ictimaiyyət də bilsin ki, “Rüfət Səfərova azadlıq!” şüarı altında müstəqil insanlar – ziyalılar, hüquqşünaslar, mütərəqqi fikirli insanlar Rüfət Səfərovun hüquqlarını Müdafiə Komitəsinda bir araya gələcək. Biz R.Səfərovun azadlığına nail olana qədər bütün qanuni-hüquqi yolların hamısından bu məqsədlə istifadə edəcəyik”.

Seymur Əliyev

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ermənilər kəndlərimizi vurdu – Cəbhədən XƏBƏR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: