Loading...
Loading...
75913.jpg

Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi bəyanat yaydı

Bu gün Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi bəyanat yayıb. Bəyanatda deyilir:

“Biz Rüfət Səfərovu həm dəyərli hüquqşünas, həm də sözün əsl mənasında vətənpərvər bir insan kimi tanıyırıq. O, mütərəqqi düşüncəli, haqqı-ədaləti qoruyan ləyaqətli bir gəncdir. Ölkədə baş verən haqsızlıqlara, rüşvət və korrupsiyaya, habelə kütləvi hüquqsuzluğa qarşı etiraz edərək

işlədiyi prokurorluq orqanından istefa vermişdir. Nə qədər qəribə olsa da, R.Səfərova qarşı məhz rüşvət və korrupsiya ittihamı ilə 10 yanvar 2016-cı i tarixində başdan-ayağa saxta sübutlarla cinayət işi qaldırılmışdır.

Təbii ki, R.Səfərovun bu hərəkəti bəzi səlahiyyət sahiblərinin hiddətinə səbəb olmalıydı və oldu da.

O, tamamilə absurd ittihamlarla 9 il həbs cəzasına məhkum edildi. Hətta Lənkəran Ağır Cinayətlər Məhkəməsi işə baxarkən müdafiəçi B.Bayramova təzyiqlər edilmiş, – müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istənilsə də buna imkan verilməmişdir; üstəlik, vəkil haqqında  xüsusi qərar çıxarılacağı ilə hədələnmişdir.

Eyni zamanda, təqsirləndirilən R.Səfərov son söz üçün vaxt istəsə də hakim buna razılıq verməmişdir. Bu məhkəmə tarixində görünməmiş bir hadisə idi. Bu isə, öz növbəsində, AR-nın tərəfdar çıxdığı beynəlxalq konvensiyalara və Azərbaycan respublikası qanunvericiliyinə birbaşa ziddir.

Məqsədi və vəzifəsi ədaləti təsbit etmək və onun müdafiəsində dayanmaq olan  ölkənin məhkəmə sistemi  ədalətsiz, qanunsuz və ancaq nonsens kimi dəyərləndirilməli olan bir hökm çıxarmışdır.

Hesab edirik ki, bu, təkcə azad düşüncəyə, müstəqil demokratik təfəkkürə malik olan gənc bir hüquq işçisinə qarşı yox, eləcə də özünü hüquqi dövlət elan edən ölkənin demokratik imicinə böyük bir zərbədir.

Biz, Müdafiə Komitəsinin üzvü olan ictimai xadimlər, jurnalistlər, hüquqşünaslar bu sayaq aşkar haqsızlığa qarşı öz qəti etirazımızı bildirir və ümid edirik ki, həm ölkə rəhbərliyi, eləcə də hüquq müdafiəçiləri bu qanunsuz hökmün absurdluğunu dərk edərək yol verilmiş bu haqsızlığın tezliklə aradan qaldırılmasına yardımçı olcaqlar. Əminik ki, ölkədə fəaliyyət göstərən diplomatik korpuslar, o cümlədən insan hüquq və azadlıqları ilə məşğul olan beynəlxalq təşkilatlar da bu məsələnin ciddiliyinin fərqində olacaqlar.

Müdafiə Komitəsi bəyan edir ki, R.Səfərovun konstitusiyada təsbit edilən hüquqlarının pozulması azad sözə və müstəqil düşüncəyə malik vətəndaşa qarşı cəza tədbiridir.

Ölkə təkcə iqtisadi deyil, həm də siyasi böhran qarşısındadır. Sosial-iqtisadi, siyasi və psixoloji reallığın belə mürəkkəb bir məqamında məhkəmənin sifarişlə azad düşüncəyə qənim kəsilməsi, habelə müstəqil yaşam tərzi seçmiş mübariz bir gəncin 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi yolverilməzdir.

Müdafiə Komitəsi Azərbaycan Respublikasının Konstitusyasında nəzərdə tutulan məqbul qanuni-hüquqi vasitələrdən istifadə edərək Rüfət Səfərovun azad olunmasına səy göstərəcək, bu istiqamətdə bütün zəruri addımları atacaqdır”.(Moderator.az)

Eldəniz Quliyev – Azrbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq

Bəhruz Bayramov – hüquqşünas

Vidadi Mirkamal – hüquqşünas, ədliyyə generalı

Mətləb Mütəllimli – hüquqşünas

Namizəd Səfərov – hüquqşünas

Müzəffər Baxışov – hüquqşünas

Yalçın İmanov – hüquqşünas

Qurban Məmmədov – hüquqşünas

Oqtay Gülalıyev – hüquq müdafiəçisi

Pərviz Həşimli – Siyasi və Mülki hüquqlar Müdafiə Mərkəzinin rəhbəri, keçmiş vicdan məhbusu

Şahvələd Çobanoğlu – jurnalist

Əvəz Zeynallı – jurnalist, keçmiş vicdan məhbusu

Zümrüd Yağmur – yazıçı

Rüstəm Behrudi –şair

Məmməd İsmayıl – şair

Səadət Cahangir – şairə, jurnalist

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Aprel döyüşlərində yaralanan hərbçimiz kredit borcuna görə çətin durumdadır

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: