Loading...
Loading...

Rüfət Səfərova 9 il iş verildi, o, məhkəmə zalında həbs olundu

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilib.

Hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə R.Səfərova hökm oxunub. Məhkəmənin qərarı ilə ona 9 il iş kəsilib. Rüfət Səfərov məhkəmə zalında həbs edilib.

«Məhkəmə Rüfət Səfərova böyük ürək genişliyi göstərib 9 il həbs cəzası verib. Prokuror ona 10 il həbs istəmişdi». Bunu məhkəmənin qərarından sonra Rüfət Səfərovun atası Eldar Sabiroğlu deyib. O qeyd edib ki, məhkəmədə günah görmür:

«Yuxarıdan verilən tapşırıq məhkəmədən ötrü qanundur. Dözümlü olmaq lazımdır. Mən mübarizəmi davam etdirəcəyəm. Apelyasiya şikayəti verəcəyəm, daha sonra Ali Məhkəməyə müraciət edəcəyik. Bu qərarın qanunsuz olduğunu sübut etməkdən ötrü bütün hüquqi vasitələrdən istifadə edəcəyik»

Eldar Sabiroğlu deyib ki, onun oğlu prezident İlham Əliyevin göstərişi ilə ev dustaqlığına buraxılmışdı:

«Mən belə başa düşürəm ki, indi də prezident İlham Əliyevin razılığını alıb, oğluma 9 il həbs cəzası verildi. Mən inanmıram ki, prezidentin razılığı olmadan belə qərar verilsin. Sağ olsun İlham Əliyev».

Ötən il dekabrın 20-də Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlayıb. Bundan dərhal sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb, mənzildən onun kompüteri, telefonu götürülüb.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Təcridxana rəhbərliyi “Nardaran məhbusları”na töhmət verib

Loading...
%d bloqqer bunu bəyənir: