Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rüfət Aslanlı: Valyuta kreditləri ilə bağlı qadağa qüvvədə qalır

Azərbaycanda bəzi istisnalarla xarici valyutada kreditlərin verilməməsi ilə bağlı tələblər qüvvədə qalır.

“Report” xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

R.Aslanlının sözlərinə görə, İslam bankçılığının Azərbaycanda tətbiqinin mümkün olmaması ilə bağlı onun adından yayılmış fikirlər KİV-lərin özünə məxsusdur.

Bununla yanaşı Palatanın başçısı ipoteka kreditləşməsi sahəsində yeniliklərin olacağını da vurğulayıb: “Prezident İlham Əliyevin İpoteka Fondunun yenidən formalaşması ilə bağlı xüsusi tapşırığı var. Artıq hökumətdaxili müzakirələr yekunlaşır və tezliklə qərar açıqlanacaq”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Rusiyadan Azərbaycana mənfi təsir

%d bloqqer bunu bəyənir: