Advertisements
24 saat

Rüfət Aslanovdan əmanətçilərə yeni xəbər -“Prezidentlə müzakirələr aparmışıq”


“Qorunmayan, sığortalanmayan əmanətlərlə bağlı bu günlərdə hökumətlə və cənab prezidentlə müzakirələr aparmışıq. Çox güman ki, qanunvericilik buna yol verərsə, bağlanmış banklarda qorunmayan və sığortalanmayan əmanətlərin də vətəndaşlara qaytarılmasını həyata keçirəcəyik”.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanov deyib.

Palata sədri bildirib ki, məsələ ölkə başçısının xüsusi nəzarətindədir və bu cür əmanətlərin qaytarılması həyata keçiriləcək: “Hələ tam rəqəm demək istəmirəm. Ortaq həll tapan kimi, sığortalanmayan və qorunmayan əmanətlərin də geri qaytarılmasını təmin edəcəyik. Yollarını araşdırırıq, bu məsələni cənab prezidentə məruzə də etmişik, xüsusi nəzarətdədir”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: