Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
21592

“Röyanın şəkilləriylə Azərbaycan qadınını biabır etməyin”

Xalq şairinin ABŞ-da yaşayan qızından ETİRAZ

24saat.org xəbər verir ki, Xalq şairi Fikrət Qocanın Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan qızı Günay Qocayeva sosial şəbəkələrdə Əməkdar artist Röyanın əcaib formada şəkillərini paylaşanlara etiraz edib.
Günay Qocayeva bildirib ki, belə etməklə Azərbaycan qadınını dünyada biabır edirlər:
“Bizim Azərbaycan qadınlarınının feysbukda əcaib formada şəkillərini yayınlayıb dünyada biabır edirlər. Lap belə paxırımız da olsa gizlətməliyik ki, düşmənlərə özümüzü güldürməyək. Nəinki düşmənlərə, dünyaya özümüzü güldürməyək. Elə azəriləri dünyada gülünc vəziyyətə qoyan özümüzünkülərdi!
Röya hər nə edibsə, məhəkəməyə verin, sözünüzü üzünə deyin. Amma onun adı altında bu şəkilləri yaymaqla Azərbaycan xanımlarını dünyada biabır etməyin. Balam, bu, erməni qadını deyil ki, Röya azərbaycanlıdır”.
Image result for fikrət qocanın abş-dakı qızı
Xalq şairinin qızı daha sonra Röyanı qınayanlara, şəkillərini yayanlara müraciət edib:
“Namusunuzu qorumaqdansa, belə paxırları hamının gözünün qarşısında açaraq qəhrəmanlığınzı göstərməkdənsə, Allah yolunda bir savab iş görün. Görün ki, Allaha da xoş getsin, bəndəsinə də. Biz Allahın hüzurunda kimik ki, başqlarını qınayaq. Onsuz da səhvsiz insan yoxdur, səhvsiz yalnız allahdır. Qınağı da, cəzanı da Allahın hüzuruna buraxın. Allahdan çox bilməzsiniz!
O ki qaldı kimisə qınamağa, qınaqdan öncə güzgüyə baxıb ilk növbədə özünüzdən bu həyatda səhv və ya günah edib etmədiyinizi soruşun!”
moderator.az

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Günay yaman dəyişdi – FOTOLAR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: