Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
8b96b8ef-f86b-4870-87df-631df6c60da9

Röyanın keçmiş əri polisə çağırıldı – İşçilərin maaşını vermir

Bakıdakı “Çudo Peçka” mağazalarından birinin işçiləri polisə şikayət edib.

“Report”un xəbərinə görə, işçilər maaşlarının verilməməsindən şikayətləniblər.

Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən “Çudo Peçka” mağazasının 30-dək işçisi Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək üç aydır maaşlarının verilmədiyini bildirib.
Faktla bağlı mağazanın sahibi Çingiz Cəlilovun oğlu Anar Cəlilov polis idarəsinə çağırılıb, ondan izahat alınıb. A.Cəlilov işçilərin maaşlarının yaxın günlərdə veriləcəyini bildirib.

Qeyd edək ki, Anar Cəlilov məşhur müğənni Röya Ayxanın keçmiş həyat yoldaşıdır.

“Çudo Peçka” əvvəllər Çingiz Cəlilovun olub. Mağazalar şəbəkəsi 2011-2016-cı illərdə “’Bakery Operating Compani’” MMC-nin idarəçiliyində olsa da, hazırda əvvəlki sahibindədir.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Dövlət xəstəxanaları pullu olacaq? – Rəsmi AÇIQLAMA

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: