24 saat

Röya ANS-in bağlanması haqda: “Bu kanaldan küsmüşəm”


Əməkdar artist Röya Ayxan ANS telekanalının yayımının dayandarılmasına münasibət bildirib.

24saat.org axşam.az-a istinadən xəbər verir ki, müğənni xəbəri yeni eşitdiyini və üzüldüyünü bildirib:

“Eşitdim, amma inanmadım. Bu gün doğru olduğunu bildim. Hər bir halda dövlət başçımız bilən məsləhətdir, amma hər bir övladın səhvi olur. ANS-də Azərbaycan övladıdır. Baxmayaraq ki, neçə ildir mən bu kanaldan küsmüşəm, amma bir fakt var ki, orada dostlarım işləyir. Orada həyatını qoyan insanlar var. Mən əminəm ki, bu xəta, problem çözüləcək, İnşallah. Hər şey mütləq öz həllini tapacaq. Ən əsası sadiqlikdir. Səbr”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: