Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Rövşənin vətən üçün çox böyük zəhməti olub” – Elton

Xəbər verdiyimiz kimi, məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranski İstanbulda məruz qaldığı silahlı hücum zamanı qətlə yetirilib.

“Qafqazinfo”nun məlumatına görə, bütün sosial şəbəkələrdə müzakirə mövzusu olan bu xəbərə sənət adamları da biganə qalmayıblar. Onlardan biri də müğənni Elton Hüseynəliyevdir.

O, Rövşən Lənkəranski və Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı milyarder Telman İsmayılovla çəkdirdiyi fotonu “İnstagram” hesabında paylaşaraq bu şərhi yazıb:

“Azərbaycanın mərd oğlu getdi. Rövşən zalımın zalımı, məzlumun dostu idi… Vətən üçün çox böyük zəhməti, əməyi oldu. Hamı bir gün öləcək. Amma kişi kimi yaşayıb, kişi kimi ölmək hər adama nəsib olmayacaq!!! Sən həmişə bizim qəlbimizdə yaşayacaqsan, Rövşən… Allah məkanını cənnət eləsin. Doğrudursa yalan olsun təki, çox pis olmuşam. Allahdan ümid kəsilməz…”

 

“Rövşənin vətən üçün çox böyük zəhməti olub” -  Elton

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Rövşən Lənkəranskinin cənazəsi Azərbaycana gətirilir – XÜSUSİ TƏYYARƏ 21.45-DƏ LƏNKƏRANA ENƏCƏK, FOTO

%d bloqqer bunu bəyənir: