Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Rövşən Lənkəranski”yə yaxın iki “vor”un başına şairanə əhvalat gəldi

Məşur azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski”nin (Rövşən Canıyev) qruplaşmasına daxil olan iki “vor zakon”un başına şairanə əhvalat gəlib. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, iyunun 30-da gecə Sankt-Peterburqda kriminal aləmdə “Zura Kaxetinets” kimi tanınan Serqo Tsotsxalaşvili saxlanılıb.

“Zura”nın dostu, digər “vor zakon” Laşa Barateli (“Çia” ləqəbli) onun saxlanılmasından xəbər tutan kimi köməyə can atıb. “Çia” Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin binasına gedərək dostunun aqibəti ilə maraqlanmaq istəyib. Ancaq əməliyyatçılar onu görən kimi tanıyıblar və miqrasiya rejimini pozmaq ittihamı ilə həbs ediblər. “Çia”nın saxlanılan dostu isə idarədə “profilaktik söhbət”dən sonra sərbəst buraxılıb.

Hər iki “vor zakon” Sankt-Peterburq sakinidir. 2014-cü ildə “Çia”nı yaşadığ evin qabağında naməlum şəxslər bərk döyüblər, sifətinə bıçaqla “şram” atıblar və mobil telefonunu əlindən alıblar. “Zura” isə bu ilin yanvarında narkotiklə saxlanılmışdı.

 “Çia” və “Zura” 2014-cü ildə Türkiyədə “Rövşən Lənkəranski”nin keçirdiyi “sxodka”da “vor” titulunu alıb. Bununla belə kriminal aləmdə onların statusunu qəbul etmirlər.

Virtualaz.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Akif Çovdarovun şikayəti təmin olunmayıb

%d bloqqer bunu bəyənir: