Now Reading:
“Rövşən Lənkəranski” dəfn olunur – FOTO (VİDEO)
Full Article 40 second read

“Rövşən Lənkəranski” dəfn olunur – FOTO (VİDEO)



İstanbulda avqustun 18-nə keçən gecə güllələnən məşhur kriminal avtoritet “Rövşən Lənkəranski” bu gün doğulduğu Lənkəran şəhərində dəfn olunur. Xəbər verildiyi kimi onun cənazəsi “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun şəxsi təyyarəsində Lənkərana gətirilib. Cənazəni böyük izdiham qarşılayıb.

“Rövşən Lənkəranski”nin cənazəsi vida mərasimi üçün Lənkəranın İmam Hüseyn məscidində qoyulub. Hazırda vida mərasimi üçün gələn izdihamın ardı-arası kəsilmir. Xəbərlərə görə kriminal avtoritetlə vidalaşmaq üçün Azərbaycanın müxtəlif yerlərindən, o cümlədən paytaxt Bakıdan, xaricdən Lənkərana çoxlu sayda gələn var. Şəhərdə geniş təhlükəsizlik tədbirləri görülüb.

Cənazənin qoyulduğu məscidin qarşısında çadırlar qurulub, Lənkəran rayon İcra Hakimiyyətinin nümayəndələrinin də dəfn mərasiminə qatıldığı bildirilir. “Rövşən Lənkəranski” atasının yanında dəfn olunacaq. Onun atası 1992-ci ildə öldürülüb. Gənc Rövşən isə atasının qatilini məhkəmə zalında güllələyərək qisas almışdı.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: