Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rövnəq Abdullayev prezidentin köməkçisinə qarşı

SOCAR-ın səhmləri satışa çıxarıla bilər. “APA” xəbər verir ki, bunu Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.

“Bilirsiniz ki, dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı ölkə başçısının müvafiq tapşırığı var. Dövlət müəssisələrinin gələcəkdə səhmlərinin müəyyən hissəsinin azad bazara çıxarılması baş tuta bilər. Lakin bunun üçün şirkətlərin görəcəyi bir çox işlər var ki, bunlardan əsası korporativ idarəetmə standartlarının tətbiqi, şəffaflığın artırılması, maliyyə açıqlığının təmin olunması. SOCAR bu gün bu standartlara cavab verir. Buna görə, bir gün SOCAR səhmlərinin müəyyən hissəsini satışa çıxara bilər. Lakin digər şirkətlər hələlik buna hazır deyil”, – deyə o bildirib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) səhmlərini kütləvi tədavülə çıxarmaq niyyətində deyil.  Bunu isə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

Şirkət rəhbəri qeyd edib ki, əgər gələcəkdə SOCAR səhm buraxsa belə, onları kütləvi tədavülə çıxarmayacaq.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Daha bir neçə bank bağlanacaq, amma…

%d bloqqer bunu bəyənir: