Roqozin: Biz heç vaxt ABŞ-a çata bilmərik


Rusiya baş nazirinin müavini Dmtiri Roqozin bəyan edib ki, istehsalın 1,5 dəfə artırılması kosmik sahədə ABŞ-a çatmaq üçün yetərli deyil.

Virtualaz.org bildirir ki, hökumət başçısı müavininin sözlərini mayın 27-də, cümə günü İnterfaks sitat gətirib.

“İstehsalı 1,5 dəfə artırarıq, amma heç vaxt onlara çata bilmərik”, – Roqozin Sənaye və Ticarət Nazirliyinin kollegiyasında bildirib və qeyd edib ki, Rusiya bu gün bu sahədə amerikalılardan doqquz dəfə geridədir.

Baş nazir müavininin sözlərinə görə, əgər Rusiya sənayesi bürokratiya ilə mübarizə aparmasa, rusiyalılar yenə də “NASA və İlon Mask”a baxacaqlar.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Azərbaycanlı milyarderin müavininin oğlu barəsində cinayət işi qaldırılıb

%d bloqqer bunu bəyənir: