Ronaldu Avropanın ən yaxşı futbolçusu seçildi

Avropada 2016/2017 mövsümün ən yaxşı futbolçusu seçilib.

Bu haqda qərar bu gün Çempionlar Liqasının Monakoda keçirilən püşkatma mərasimində açıqlanıb.

UEFA-ya üzv olan 54 ölkənin jurnalistləri arasında keçirilən səsverməyə əsasən, Avropanın ən yaxşı futbolçusu adına “Real” və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldu layiq görülüb.

Ronaldu ötən mövsüm “Real”ın heyətində Çempionlar Liqasının və UEFA Superkubokunun, Portuqaliya millisinin heyətində isə Avropa çempionatının qalibi olub.(oxu.az)

24saat.org
Loading...

Sarayda etiraz aksiyası – “Erməni kilsələrinə verilən qazdan biz də istəyirik” FOTO

Sonrakı Yazı »

Avroliqa: “Qarabağ” İsveç komandasını darmadağın edib qrupa adladı

%d bloqqer bunu bəyənir: