Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ronaldosuz “Real” “Şəhərlilər”lə bacarmadı

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Mançester Siti” Madrid “Real”ını qəbul edib.
İspaniya kubokunda mübarizəni dayandırsa da, çempionluq uğrunda şansları davam edən “kral klubu” həm də qitənin ən nüfuzlu klub turnirində qalib olmaq istəyir. Madridlilərin super ulduzu Kristiano Ronaldonun zədə səbəbindən meydana çıxmadığı qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Səfər oyunundan qol buraxmadan dönən Zidanın yetirmələri finala çıxmaq üçün daha yaxşı imkanlara sahibdilər.
Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyun
26 aprel
“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) – 0:0
Mançester. Şəhər stadionu

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Məşhur futbolçu türk hakimini bəyənmədi

%d bloqqer bunu bəyənir: