Advertisements
24 saat

“Ronaldo və Messi ilə eyni səviyyədəyəm”


“Arsenal”ın futbolçusu Aleksis Sançez olduqca iddialı açıqlama ilə yadda qalıb.

Qol.az-ın məlumatına görə, çilili hücumçu Britaniya mətbuatına açıqlamasında Kriştiano Ronaldo və Lionel Messi ilə eyni səviyyədə olduğunu deyib.

“Böyük futbolçularla rəqabət aparacaq səviyyəyə çatmışam. Özümü Ronaldo və Messi də daxil olmaqla heç kimdən aşağı səviyyədə görmürəm” – deyə o bildirib.

Qeyd edək ki, “Barselona” ilə bir neçə kubok əldə etmiş 27 yaşlı futbolçu “Arsenal”la Federasiya kubokunu qazanıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: