Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ronaldo PSJ ilə anlaşdı – Agentindən açıqlama

Kristiano Ronaldo mövsümün sonunda “Real”dan ayrıla bilər.

Publika.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu karyerasını PSJ-də davam etdirməyə yaxındır.

Onun agenti Jorje Mendeş Fransa klubunun rəhbərliyi ilə danışıqların ilkin mərhələsinin müsbət nəticələndiyini deyib.

Ronaldonun elçiləri arasında “Mançester Yunayted” və “Çelsi” klubları da var.

Cari mövsümdə 31 yaşlı forvard “Real”ın heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 49 qol və 15 məhsuldar ötürməylə yadda qalıb. Ronaldonun “Kral klubu” ilə müqaviləsinin müddəti 2018-ci ilədəkdir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Qriqorçuk azarkeşlәri satqın adlandırdı

%d bloqqer bunu bəyənir: