Now Reading:
“Ronaldinyonun futbol akademiyası” təsis edilir – Taleh Heydərov futbol biznesini genişləndirir
Full Article 40 second read

“Ronaldinyonun futbol akademiyası” təsis edilir – Taleh Heydərov futbol biznesini genişləndirir



Xəbər verildiyi kimi, braziliyalı hücumçu Ronaldinyo (Ronaldo de Assis Moreira)“Qəbələ” klubunun dəvətilə Azərbaycana gəlib. Onun gəlişinin səbəbi sirr kimi saxlanılsa da, 24saat.org saytı bu barədə müfəssəl informasiya əldə edib.

Məlumatı mənbə saytımıza açıqlamasında bildirib ki, “Qəbələ” klubunun prezidenti Taleh heydərovun təşəbbüsü ilə Azərbaycana gələn Ronaldinyo üçün burada “Ronaldinyonun futbol akademiyası” yaradılacaq. Bu akademiyaya yaxın qonşu dövlətlərlə yanaşı, həm də MDB-in digər respublikalarından da uşaq və gənclər cəlb ediləcək. Bununla da Taleh Heydərov futbol biznesindəki mövqeyini bir qədər də möhkəmləndirmiş olacaq.

Əldə etdiyimiz məlumata görə, bu gün saat 15:30-da Bakı Olimpiya Stadionunun konfrans zalında mətbuat konfransı zamanı klub rəhbərliyi məhz “Ronaldinyonun futbol akademiyası” sürprizini açıqlamaqla fanatlarını sevindirəcək.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: