Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Roma papasının Bakıya səfərini əngəlləmək doğru addım olmaz”

Pənah Hüseyn: “Bu səfərdən dövlətimizin xeyrinə istifadə olunmalıdır”

Roma papası Fransiskin cari ilin 3 oktyabr tarixində Bakıya səfəri gözlənilir. Roma papasının Ermənistanda səsləndirdiyi fikirləri əsas gətirən bəzi siyasətçilər hesab edir ki, onun səfəri boykot edilməli, dövlət səviyyəsində əngəllənməlidir.

Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən AXP sədri Pənah Hüseyn məsələnin bu cür qoyuluşunu düzgün hesab etmədiyini vurğulayıb:

“Əgər Azərbaycan Respublikasının hansısa vətəndaşları Roma papasının ölkəmizə səfərindən narazıdırsa, buna etiraz edə bilər. Bu, onların hüququdur. O, katolik kilsəsi və xristian dünyasının dini rəhbərlərindən biridir. Onun bu məsələlərdə bitərəf mövqe tutmasını gözləmək də sadəlövhlük olardı.

Ermənistanda səfərdə olarkən onun qondarma erməni soyqırımı haqqında “genosid” ifadəsi işlətməsi haqlı olaraq Türkiyə və Azərbaycanda etirazlara səbəb oldu. Ancaq hesab edirəm ki, bu, Roma papasının ölkəmizə səfərinin yasaqlanması üçün əsas sayılmamalıdır. Çünki Vatikan papanın kimliyindən asılı olmayaraq, dünya siyasətinə ciddi təsir göstərir. Onun səfərindən Azərbaycanın xeyrinə istifadə olunmalıdır. Dünya bu cür proseslərdən ibarətdir.  Bu səfərdən Azərbaycan dövlətinin maraqları üçün istifadə etmək lazımdır”.

 

Seymur Əliyev

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

“Bank of Baku” şəhid ailəsinin borcunu sildi

%d bloqqer bunu bəyənir: